+99412 598 09 57

+99455 498 98 09

yaxın
Adınız
Əlaqə telefonu
Zəng etmək üçün rahat vaxt

Azərbaycan vətəndaşları üçün Türkiyədə əmlak.

     

*9898

Axtarış

ADA TRİO

ADA TRIO KUSADASI

Türkiyədə daşınmaz əmlakın saxlanılmasına çəkilən xərclər

Əlavə komfort əlavə xərclər deməkdir

Türkiyə ərazisində daşınmaz əmlak alarkən öz maliyyə imkanlarınızı hesablamalısınız ki, yaşayış yerinin saxlanılmasına sərf olunan illik və aylıq xərclər “xoş” sürprizə çevrilməsin. Əgər vəziyyəti ümumilikdə nəzərdən keçirsək, Türkiyədə mənzil haqqı deyilən anlayış ümumiyyətlə yoxdur. Mənzilin saxlanılması, ilk növbədə, kompleksin infrastrukturundan asılıdır. Əlbəttə ki, hovuz, sauna və ya fitnes-mərkəzlə təchiz edilmiş ev kiçik bağçası olan yığcam evdən baha başa gələcək. Lakin vurğulamağa dəyər ki, belə obyektlər nadir hallarda xarici vətəndaşlar arasında hədəfə çevrilir. Türkiyədə daşınmaz əmlakın saxlanması kompleksin xidmətlərinin ödənişinə daxil edilir. Xərclərin birinci hissəsi bir qayda olaraq, ciddi şəkildə təsbit edilmişdir və evin növündən asılır, buna görə də orada neçə nəfərin yaşaması önəmli deyil, çünki ödəniş istənilən halda eyni qalacaq. Mütləq ödəmələrin ikinci hissəsini su və elektrik təchizatının haqqı təşkil edir. Türkiyə kifayət qədər müasir ölkədir, buna görə də su və elektrik resurslarını nəzərə almayaraq aylıq haqq alan əksər postsovet ölkələrindən fərqli olaraq, bu ödənişlər yalnız sayğac göstəricilərinə əsaslanır.

Ətraflı: Türkiyədə daşınmaz əmlakın saxlanılmasına çəkilən xərclər

Türkiyədə biznes

Türkiyədə biznes

Türkiyə olduqca uğurlu coğrafi mövqe, eləcə də düzgün aparılan siyasət sayəsində biznes həyata keçirmək üçün xüsusilə də əcnəbi investorlar arasında ən cəlbedici ölkələrdən biridir. Turizm, kənd təsərrüfatı və ya ticarət kimi bəzi sahələrdə ölkəyə alternativ tapmaq ümumiyyətlə çətindir. Ən diqqətçəkən yerlər isə əlbəttə ki, turistlər arasında son dərəcə populyar olan Egey dənizinin, eləcə də Aralıq dənizin sahilləridir. Son zamanlar Azərbaycanda keyfiyyətlə keçirilmiş istirahət yenidən qavranılmağa başlamışdır. Postsovet məkanı dövlətlərinin ərazilərində istirahət etmək və ya sərmayə yatırmaq istəyənlərin sayı getdikcə azalır. Əvəzində isə inkişaf etmiş ölkələrə, üstəlik, yetərincə “qonşuluq” mövqeyinə malik ölkəyə nəzərlər yönəlir.

Ətraflı: Türkiyədə biznes

Türkiyədə mənzil almaq qərarına gələn əcnəbi nədən başlamalıdır?

Türkiyədə ipotekanı əcnəbilər də ala bilir

İlk növbədə, ölkəni görmək lazımdır. Özü də jurnalların üz qabığında və ya onlayn-kamerada deyil, öz gözlərinizlə görmək daha yaxşıdır. Hər halda, özünüzə daşınmaz əmlak almazdan əvvəl ölkəni «hiss etməli», həyatınızın böyük hissəsini keçirəcəyiniz yerin bura olduğunu anlamaq lazımdır. Beləliklə, demək olar ki, Türkiyə ilə ilk tanışlığınız kifayət qədər uğurlu alındır, başqa cür ola da bilməzdi. İndi artıq mənzil almaq məsələsi gündəmdədir, amma hələ də nədən başlayacağınız aydın deyil? Əvvəlcə istirahətə gəlmək istədiyiniz yeri qəti şəkildə müəyyən etmək lazımdır. Əlbəttə, birinci təəssüfat həmişə çox güclü olur, lakin unutmaq lazım deyil ki, istirahət edə bildiyiniz kurort Türkiyədə yeganə deyil. Ona görə də tənbəllik etməmək və imkan daxilində Aralıq dənizi sahillərində daha bir neçə populyar variantları nəzərdən keçirmək lazımdır. Çünki, seçməyə doğrudan da çox şey var: Aralıq və Egey dənizi qumlarında yerləşən kurortlar gələcək evinizin seçimi ilə əlaqədar qəti qərar verməzdən əvvəl ciddi düşünməyə vadar edəcək. Siz qabaqcadan saytımızda açıq olan məlumatlarla tanış olaraq, Türkiyə sahilləri boyunca nəzərdə tutulan tanışlıq marşrutunun coğrafiyasını qiyabi seçmək imkanına sahib olursunuz. Biz həmçinin sizə nəinki məşhur yerləri, həm də evlərin qiymətlərinin səviyyəsini göstərəcəyik.

Ətraflı: Türkiyədə mənzil almaq qərarına gələn əcnəbi nədən başlamalıdır?

Türkiyədə kirayədən əldə olunan gəlir

Kirayə gəlirli biznesdır

Hazırki tendensiyalar göstərir ki, daşınmaz əmlaka sərmayə - vəsaitlərinizin artırılması üçün əla üsuldur. Sadəcə, daşınmaz əmlakı hardan alacağınızı seçmək və kapitalı artırmağa başlamaq lazımdır. Elə isə, nəyə görə məhz Türkiyəni seçməyə dəyər?

Əvvəla, ölkədə vizasız rejim qüvvədədir, bu səbəbdən də ölkəyə maneəsiz səfər üçün lazımsız rəsmiliklər aradan qalxır. İkincisi, Türkiyənin əlverişli coğrafi mövqeyi daşınmaz obyektlərin qiymətlərinin daimi artmasına səbəb olur. Bütün rəsmilikləri nəzərə alarkən unutmamaq lazımdır ki, Türkiyədə daşınmaz əmlakın qiymətlərinin artımı yetərincə real əsasa malikdir: hər il bilavasitə dənizin yaxınlığında daşınmaz əlmak almaq istəyən vətəndaşların sayı durmadan artır.

Beləliklə, əldə etdiyiniz daşınmaz əmlak Sizin rəsmi mülkiyyətinizdədir, lakin növbəti yarım il üçün tamam başqa planlarınız var. Bu halda məkanın kirayəyə verilməsini düşünməyə dəyər. Belə gedişin bir neçə müsbət cəhəti var:

Ətraflı: Türkiyədə kirayədən əldə olunan gəlir

Lirənin düşməsi Türkiyədə daşınmaz əmlakın cəlbedici olmasına təsir edə bilərmi?

İqtisadi tendensiyaların mənfi tərəfə dəyişməsi qərar qəbulu zamanı aydın şəkildə özünü göstərir. Buna görə də investorlar həmişə qarşılarına belə bir sual qoyur ki, yaxşılığa doğru dəyişiklikləri gözləmək, yoxsa hədəfə alınan layihələri elə indi həyata keçirmək lazımdır.

Türk statistiktika institutuna əsasən, 2014-cü ilin yanvar ayı dövründə milli valyutanın kursu rekord aşağı həddə çatdı – 1 dollara 2,33 lirə. Lakin artıq növbəti ay artım qeydə alındı – bir dollara 2,27 lirə. Belə tərəddüd edən kursun bir neçə səbəbi ola bilər. Əsas maraq isə ondan ibarətdir ki, proqnozlaşdırılmış iqtisadi enmə daşınmaz əmlak bazarına güclü zərbə vura bilər. Lakin, Türkiyə daşınmaz əmlakı nəindi keçmiş SSRİ ölkələrinin, həm də Aralıq dənizi dövlətlərinin qarşısında bir sıra üstünlüklərə malikdir:

• Unikal sərfəli qiymətlər;

• İnkişaf etmiş infrastruktura malik evlərin yüksək keyfiyyəti;

• Ən tələbkar zövqlərə uyğunluq.

Ətraflı: Lirənin düşməsi Türkiyədə daşınmaz əmlakın cəlbedici olmasına təsir edə bilərmi?

Türkiyənin hansı regionunda mənzil almaq daha yaxşıdır?

Kuşadası sərmayyə üçün əlverişlidir

Əgər Türkiyədə daşınmaz əmlakı nəyə görə əldə etmək istədiyinizi dəqiq dərk etsəniz, suala cavab tapmaq daha asan olacaq. Bir neçə variantı nəzərdən keçirək:

1. Qazanc məqsədilə daşınmaz əmlak alınması. Burada əldə olunan obyektlərin satıla bilmə qabiliyyəti nəzərə almaq lazımdır:

• İnşaatın sıfırıncı mərhələsində evlərin alınması – artıq istifadəyə hazır evlərin bahasına satışı;

• Hazır obyektlərin alınması – sonradan kirayə müqaviləsi ilə verilməsi. Yekunda investor kirayəyə verilmiş evlərin sayından asılı olan dividendlər əldə edir.

Ətraflı: Türkiyənin hansı regionunda mənzil almaq daha yaxşıdır?

Kushadasi.az layihəsi AREA (Azerbaijan Real Estate Agency) rieltor agentliyinin və Century 21 şirkətinin Kuşadası-da nümayəndəliyinin (Century 21 Ada) birgə layihəsidir.

Bizim Azərbaycanda ünvanımız: Bakı şəhəri. Bül-Bül prospekti, 58 A. Telefonlar: +99412 598 98 09, +99412 498 98 09, *9898

Bütün hüquqlar qorunub. Məlumatların yenidən çap edilməsi yalnız sayt administrasiyasının yazılı icazəsi ilə mümkündür.