+99412 598 09 57

+99455 498 98 09

yaxın
Adınız
Əlaqə telefonu
Zəng etmək üçün rahat vaxt

Azərbaycan vətəndaşları üçün Türkiyədə əmlak.

     

*9898

Axtarış

ADA TRİO

ADA TRIO KUSADASI

Sağlamlıq sığortası

Türkiyədə Sağlamlıq sığortası

Hal-hazırda xaricdə daşınmaz əmlak alınması cavablardan çox suallar yaradır. Əksər təşkilati məqamlar bizim saytımızda müvafiq rubrikalarda təsvir edilmişdir. Buna baxmayaraq, istənilən daşınmaz əmlak satın alınmasının öz spesifik məqamları olur ki, onları yalnız menecerlə birbaşa və telefonla ünsiyyət zamanı fərdi qaydada aydınlaşdırmaq olar. Lakin bütün bunlar formallıqdır. Əslində isə Sizi ilk növbədə baş verə biləcək hallar narahat etməlidir. Əgər Türkiyədə daşınmaz əmlak almaq və ya müvəqqəti kirayələmək planları yaranıbsa, mülk sahibinin, eləcə də onun ailə üzvlərinin sağlamlıqlarının sığortalanması problemi birinci yerdə dayanmalıdır.

İndi Azərbaycan və digər postsovet məkanı ölkələrinin sakinlərinin sığorta nə demək olduğu və ondan necə istifadə etmək lazım olduğu barədə xəbərsiz olmaları fikri aktual deyil. Həqiqətən də, hazırda xaricdə sığorta polisi olmayan turistlə çox nadir hallarda qarşılaşmaq olar. Çünki, maliyyə qətiyyən olmadığı halda təcili şəkildə tam tibbi xidmətə ehtiyac duyduğumuz vəziyyətlər yarana bilər. Lakin, belə hallar xaricdə yalnız “adi turist” statusu ilə olanlara aiddir. İndi isə Türkiyə Respublikasında mənzil əldə etmək istədiyiniz halda vəziyyəti nəzərdən keçirək.

Ətraflı: Sağlamlıq sığortası

Mülkün rəsmiləşdirilmə proseduru

Tapu - ən vacib sənəddir

Beləliklə, Siz Türkiyə ərazisində daşınmaz əmlak almaq üçün qəti qərara gəldiniz. Bu cür xoş məqamın yaxın olmasına baxmayaraq, əqdin bağlanmasında tələb olunacaq sənədlərin strukturunu diqqətlə araşdırmaq lazımdır.

Türkiyə qanunvericiliyinə əsasən, ölkədə vahid sistem qəbul edilmişdir, ona uyğun olaraq, daşınmaz əmlak üzərində qanuni sahibkarlıq hüququnu təsdiq edən bütün sənədlər formalaşır. Daşınmaz əmlakın alqı-satqı faktı ilə əlaqədar bütün prosedurların rəsmiləşdirilməsi dövlərin Kadastr idarəsində həyata keçirilir. Buna görə də əqdin qanuniliyindən əmin olmaq lazımdır, belə ki, ona bilavasitə dövlət tərəfindən zəmanət verilir. Bir qayda olaraq, hər bir alqı-satqı əqdinin rəsmiləşdirilməsi zamanı reyestr jurnalında qeydiyyat aparmaq lazımdır, bundan sonra alan şəxs xüsusi qeydiyyat nömrəsini əldə edir və nömrə gələcəkdə əvvəllər əldə olunmuş əmlakı dəqiq təyin etməyə şərait yaradır. Problemli hallar yarandıqda istənilən vaxt daşınmaz əmlakın satılma və alınma faktını təsdiq edən orijinal sənədləri bilavasitə Dövlət Qeydiyyat Palatasının nümayəndəliyindən götürmək olar.

Ətraflı: Mülkün rəsmiləşdirilmə proseduru

Türkiyə qanunlarında Tapu məsələləri

Tapu

Hazırda Türkiyədə daşınmaz əmlak almaq istəyənlərin sayı getdikcə artır. Lakin, bir qayda olaraq, daşınmaz əmlak almaq istədiyi ölkənin qanunlarını heç olmasa təxmini bilənlər çox azdır. Bu tendensiya Türkiyə Respublikası ilə əlaqədar da müşahidə edilir. Bu səbəbdən, Türkiyədə potensial daşınmaz əmlak alıcılarının ən geniş yayılmış suallarına cavab verməyə çalışacağıq.

1. Əgər mən Azərbaycan vətəndaşıyamsa, Türkiyədə qanuni şəkildə daşınmaz obyektlər ala bilərəmmi?

Bunun üçün, 2644-cü maddənin 35-ci bəndini oxumaq kifayətdir, orada deyilir ki:

“Xarici vətəndaşlığı olan şəxslər ikitərəfli razılaşmaya, eləcə də qanuni məhdudiyyətlərə qəti əməl olunması şərtilə daşınmaz əmlak kateqoriyasına aid olan, müəyyən sahədə planlaşdırma layihəsində qeydiyyatda olan müəyyən yaşayış və ticarət obyektlərini əldə etmək üçün rəsmi hüquqlara malikdir.”

Ətraflı: Türkiyə qanunlarında Tapu məsələləri

Türkiyədə ipoteka

Türkiyədə ipoteka

Mənzilin ipoteka ilə əldə olunmasına ən çox tələbat Türkiyənin aşağıdakı bölgələrindədir: Antalya, Bodrum, Alaniya, Mahmultar, Kuşadası, İzmir, Didim, İstambul, Damra və Fethiye. İpoteka kreditini həm hazır daşınmaz əmlaka, həm də hələ tikilməkdə olan obyektlərə rəsmiləşdirmək olar.

Zəruri sənədlər nöqteyi-nəzərindən Türkiyədə ipoteka kreditinin rəsmiləşdirilməsi proseduru Azərbaycanda ipoteka əldə olunması ilə eynidir. Kreditləşmənin əlçatan olmasına gəlincə isə, Türkiyə bir sıra üstünlüklərə sahibdir:

• Kredit üzrə faiz dərəcəsi nadir hallarda 7-9%-dən çox olur;

Ətraflı: Türkiyədə ipoteka

Kushadasi.az layihəsi AREA (Azerbaijan Real Estate Agency) rieltor agentliyinin və Century 21 şirkətinin Kuşadası-da nümayəndəliyinin (Century 21 Ada) birgə layihəsidir.

Bizim Azərbaycanda ünvanımız: Bakı şəhəri. Bül-Bül prospekti, 58 A. Telefonlar: +99412 598 98 09, +99412 498 98 09, *9898

Bütün hüquqlar qorunub. Məlumatların yenidən çap edilməsi yalnız sayt administrasiyasının yazılı icazəsi ilə mümkündür.